Bank Of Baku

Gələn həftədən Tehran-Bakı aviareyslərinin sayı artırılacaq, Bakı-Məşhəd reysi açılacaq

Gələn həftədən Tehran-Bakı aviareyslərinin sayı artırılacaq, Bakı-Məşhəd reysi açılacaq
# 12 may 2026 13:29 (UTC +04:00)

Gələn həftədən etibarən Tehran-Bakı istiqamətində həftədə iki reys yerinə yetiriləcək.

APA-nın Tehran bürosunun məlumatına görə, “Bakı Star” şirkətinin direktoru və İran Hava Yollarının Bakı üzrə rəsmi nümayəndəsi Məhəmməd Mir Rzayi APA-ya bildirib ki, İmam Xomeyni Beynəlxalq Hava Limanının yenidən fəaliyyətə başlamasından sonra Tehran-Bakı marşrutu üzrə üçüncü reys cümə axşamı həyata keçiriləcək.

Onun sözlərinə görə, gələn həftədən etibarən Tehran-Bakı istiqamətində müntəzəm olaraq həftədə iki reys icra olunacaq.

Mir Rzayi qeyd edib ki, hazırda reyslərin sayının həftədə 6 uçuşadək artırılması potensialı mövcuddur və bununla bağlı qərar gələcək şəraitə uyğun veriləcək.

O həmçinin Bakı-Məşhəd reyslərinin başlanacağını açıqlayıb.

Bildirilib ki, Bakıdan Məşhəd istiqamətində ilk reysin şənbə günü həyata keçirilməsi planlaşdırılır.

Heydər Əliyev Beynəlxalq Hava Limanından APA-nın sorğusuna cavab olaraq bildirilib ki, qeyd olunan reyslərlə bağlı hava limanına rəsmi müraciət daxil olmayıb və hazırda bu istiqamətdə təsdiqlənmiş əməliyyat məlumatı mövcud deyil.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR