Bank Of Baku

Gəncə–Mingəçevir–Gəncə marşrutu üzrə qatar reysləri təşkil edilib

Gəncə–Mingəçevir–Gəncə marşrutu üzrə qatar reysləri təşkil edilib
# 06 mart 2026 14:43 (UTC +04:00)

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) qarşıdan gələn bayram günləri ilə əlaqədar 20 və 21 mart tarixlərində Gəncə–Mingəçevir–Gəncə marşrutu üzrə qatar reysləri təşkil edib.

QSC-dən "APA-Economics"ə verilən məlumata görə, qatar saat 07:15-də Gəncədən, saat 08:40-da isə Mingəçevirdən yola düşəcək.

Məlumata görə, sərnişinlər biletləri dəmiryol kassalarından, ADY-nin internet saytında və ya “ADY Mobile” tətbiqindən əldə edə bilər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR