Bank Of Baku

Gürcüstanda SOCAR-ın qaz xəttində qəza baş verib

Gürcüstanda SOCAR-ın qaz xəttində qəza baş verib
# 08 may 2019 16:59 (UTC +04:00)

Batuminin Bagratoni küçəsində qaz borusunda qəza yaranıb.

ONA-nın Gürcüstan bürosunun verdiyi məlumata görə, bu barədə “SOCAR Georgia” şirkəti məlumat verib. Hadisə nəticəsində 50 min abunəçiyə qaz verilişi dayanıb. Qəzanın küçədə aparılan təmir işləri zamanı baş verdiyi deyilir. 

“Əsas boru xətti zədələndiyindən Batumi və Xelvaçauriyə qaz verilişi dayandırılıb. Təmir işləri aparılır. Sabahdan etibarən tədricən qaz verilişi bərpa ediləcək”  - “SOCAR Georgia Gas” şirkətinin direktoru Vaxtanq Berişvili belə deyib.

Hadisə yerinə təmir-bərpa heyəti cəlb edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR