Hacıqabul rayonda Pirsaatçay üzərindən hərəkət bərpa olunub - FOTO

Hacıqabul rayonda Pirsaatçay üzərindən hərəkət bərpa olunub - FOTO
# 12 may 2022 13:47 (UTC +04:00)

Hacıqabul rayonunun Udulu kəndi ərazisindən keçən Pirsaatçayda sel sularının yuyub dağıtdığı keçid yol bərpa olunub. Hazırda keçid yol üzərindən rahat və təhlükəsiz hərəkətin təmin olunması istiqamətində işlər davam etdirilir.

Bu barədə “APA-Economics”ə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib.

Qeyd edək ki, Hacıqabul rayonunun 39 km uzunluğa malik Muğan–Qubalı avtomobil yolunun tikintisi layihəsi çərçivəsində Pirsaatçay üzərində inşa edilən yeni körpüdə işlərin cari il ərzində yekunlaşdırılması planlaşdırılır.

Bununla da 12 min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirir avtomobil yolunun yenidən qurulması, həmçini yeni körpünün inşası ilə nəqliyyat əlaqəsi xeyli yaxşılaşacaq, yük və sərnişin daşıması asanlaşacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR