Bank Of Baku

Horadiz-Ağbənd dəmir yolu tikintisinin son vəziyyəti açıqlanıb - FOTO

Horadiz-Ağbənd dəmir yolu xəttinin tikintisi

© APA | Horadiz-Ağbənd dəmir yolu xəttinin tikintisi

# 15 aprel 2022 16:29 (UTC +04:00)

Horadiz-Ağbənd dəmir yolu xəttinin tikintisi layihə çərçivəsində Horadiz, Mərcanlı, Mahmudlu, Soltanlı, Qumlaq, Həkəri, Mincivan, Bartaz və Ağbənd olmaqla ümumilikdə 9 stansiyanın inşası planlaşdırılır.

APA-nın Qarabağ bürosu xəbər verir ki, bu barədə təşkil olunan media-tur çərçivəsində “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti (ADY) mətbuat katibliyi şöbəsinin rəisi Natəvan Bayramova bildirib.

Onun sözlərinə görə, Horadiz-Ağbənd dəmir yolu xəttinin ox üzrə uzunluğu 110,4 km-dir.

Eyni zamanda, bu istiqamətdə 300-ə yaxın mühəndis qurğusunun, o cümlədən 3 ədəd tunel, 41 ədəd körpü, 3 ədəd qalereya, 7 ədəd yolötürücünün tikintisi nəzərdə tutulur. Dəmir yolu xəttində tikinti işləri minatəmizləmə prosesinə paralel aparılır və indiyədək 82 km ərazi minalardan təmizlənib.

Yol tikinti işçiləri media mənsublarına bildirib ki, dəmir yol xəttinin 16-cı kilometrliyinə kimi olan məsafədə artıq son tamamlama işləri aparılır. 25 m uzunluğunda olan reyslər sökülərək götürülür, əvəzinə 800 m-lik reyslər düzülür.

Tikinti-quraşdırma işləri üç mərhələdə həyata keçirilir:

I mərhələ 30 km-lik ərazidə aparılmaqla, Horadiz, Mərcanlı, Mahmudlu və Soltanlı stansiyalarını əhatə edir. Burada torpaq işləri 97%, suni qurğular 93%, dəmir yolunun üst quruluşu elementləri isə 80% həcmində tamamlanıb. Bu mərhələ ümumi icra vəziyyəti 89% təşkil edir.

II mərhələ Soltanlı, Qumlaq, Həkəri və Mincivan stansiyalarını əhatə edir və 30 km-dən 85 km-ə qədər ərazidə həyata keçirilir. Bu mərhələdəki işlərin ümumilikdə 17 faizi icra olunub. Torpaq işləri 20%, suni qurğular 22%, dəmir yolunun üst quruluşu elementləri isə 5% həcmində yerinə yetirilib.

III mərhələ Mincivan, Bartaz və Ağbənd stansiyaları arası 85-110,4 km-lik ərazini əhatə edir. Hazırda həmin ərazidə minalardan təmizləmə işlərinə hazırlıq görülür.

Prezident İlham Əliyev tərəfindən 2021-ci il fevralın 14-də təməli qoyulan layihənin 2023-cü ildə yekunlaşdırılması nəzərdə tutulur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR