Biz daima monitorinq edirik və görürük ki, Azərbaycanda istifadəçilərə olan kiber hücumlar nəticəsində onların portallardakı login və parolları satışa çıxarılır.
"APA-Economics" xəbər verir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov bildirib.
“Misal üçün, istifadəçinin “mygov”da istifadə etdiyi şifrəsi satışa çıxarılırsa, bu hücumu “mygov”a olan hücum kimi statistikaya daxil etməliyik, yoxsa vətəndaşa olan kiberhücum kimi? Bu məlumatlar son istifadəçinin kibergigiyenaya riayət etməməsi nəticəsində kiberhücumların qurbanına çevrilməsi ilə onun kompüterindən əldə olunsa da, bu parollar hakerlər tərəfindən "qara bazarlarda" satışa çıxarılanda hökumət məlumatı adı ilə satışa çıxarılır. Halbuki əldə edilən məlumatlar informasiya sistemdən yox, istifadəçi kompüterindən oğurlanmış istifadəçi məlumatlarından ibarət olur”,- deyə Tural Məmmədov vurğulayıb.