Bank Of Baku

İnarə Vəliyeva: Hökumət xidmətlərini hər bir vətəndaş üçün əlçatan etmək istəyirik

İnarə Vəliyeva: Hökumət xidmətlərini hər bir vətəndaş üçün əlçatan etmək istəyirik
# 17 may 2023 10:56 (UTC +04:00)

"Elektron xidmətlər yaxşı, pis mövcuddur, lakin onlar vətəndaşlara yaxınlaşmayıb, daha çox xidmət əsaslı mərkəzlərdir".

"APA-Economics" xəbər verir ki, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədr əvəzi İnarə Vəliyeva "GSMA M360 Avrasiya" beynəlxalq konfransında çıxışı zamanı bildirib.

"Biz artıq belə xidmətləri işləyib hazırlayırıq. Dünya Bankı, Beynəlxalq Telekommunikasiya İttifaqı və Almaniyanın beynəlxalq agentliyi ilə əməkdaşlıq etməklə biz əmin etmək istərdik ki, hər bir vətəndaşa bu xidmətlər əlçatan olsun. Hər vətəndaş yaşadığı tərzdə lazım olan xidmətdən bəhrələnsin. Vətəndaş bu xidmətləri almaqda daha çox vaxt və enerji sərf etmədən daha çox məlumatı onlara yönəlmiş edirik. Bu əsas etibarilə hökumətyönümlü məsələlərdir ki, bu xidmətlər mövcud, əlçatan və sadə olmaqla yanaşı hər bir vətəndaşa faydalı olmalıdır. Rəqəmsallaşma vətəndaşa uyğun olduqda ona yaxınlaşacaq", - deyə İnara Vəliyeva vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR