Bank Of Baku

Kibertəhlükəsizlik sahəsi liderləri “GSMA M360 EURASIA 2023” konfransı çərçivəsində dəyirmi masada bir araya gəliblər

Kibertəhlükəsizlik sahəsi liderləri “GSMA M360 EURASIA 2023” konfransı çərçivəsində dəyirmi masada bir araya gəliblər
# 22 may 2023 16:37 (UTC +04:00)

Huawei Yaxın Şərq və Mərkəzi Asiya telekommunikasiyada kibertəhlükəsizlik sahəsində ən son tendensiyaları, innovasiyaları müzakirə etmək və sənaye aktorları arasında bir-biri ilə əlaqəli təhlükələrə qarşı birlikdə mübarizə aparmaqla bağlı metodları müzakirə etmək üçün Bakıda keçirilən “GSMA M360 EURASIA 2023” konfransının ikinci günündə media nümayəndələri üçün yüksək səviyyəli dəyirmi masada iştirak edib. - “APA-İqtisadiyyat” xəbər verir.

Tədbir Biznesin İnkişafı və Strateji Layihələr və müəssisənin Direktoru Dr. Mohammad Xalidin, Kiber Təhlükəsizlik Layihələri, Oman Milli Kompüter İnsidentlərinə qarşı Mübarizə Qrupu (CERT) üzrə yüksək səviyyəli rəhbər Dr. Haitham Hilal Al Hajri, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası İctimai Birliyinin İdarə Heyətinin sədri Dr. Elvin Balacanov və Huawei Yaxın Şərq və Mərkəzi Asiya üzrə Baş Təhlükəsizlik Mütəxəssisi Dr. Aloysius Cheang-ın iştirakı ilə “Gələcək rəqəmsal iqtisadiyyatı səmərəli şəkildə dəstəkləmək üçün daha təhlükəsiz və dayanıqlı telekommunikasiya şəbəkələrinin qurulması” mövzusunda keçirilib.

İştirakçılar digər mövzularla yanaşı, şəbəkə operatorları və onların tərəfdaşları arasında əməkdaşlıq, telekommunikasiyada kibertəhlükəsizliyə qarşı müdafiədə təchizatçılar və müştərilər, tənzimləyicilərin yerli telekommunikasiya sənayesinin kibertəhlükəsizliyinin inkişafına necə töhvə verə biləcəyi və kibertəhlükəsizliyin vacib informasiya infrastrukturunun və rəqəmsal iqtisadiyyatın qorunmasında oynadığı rol barəsində müzakirələr aparıblar.

Dr. Haitham Hilal Al Hajri vurğuladı ki, bu gün bir-biri ilə əlaqəli kiber dünyaya doğru irəliləyiş reallığa çevrilib: “Təəssüf ki, bu, zərərli aktorlarla bağlı təhlükələri artırdı və rəqəmsal aktivlərimizin qorunması məsələsi bütün ölkələri narahat edir”.

Dr. Aloysius Cheang vurğuladı ki, qlobal standartlar, beynəlxalq səviyyədə razılaşdırılmış proseslər və sənaye sahəsində qazanılmış ən yaxşı təcrübələr kibertəhlükələrlə effektiv şəkildə mübarizə aparılmasında mühüm əhəmiyyət kəsb edir: “Beləliklə, Huawei-nin əsas strategiyalarından biri qlobal kibertəhlükəsizlik və məxfiliyin qorunması təminatı sisteminin qurulması və tətbiqidir. Fəaliyyət göstərdiyi ölkələrdə qüvvədə olan qanun və qaydalara və beynəlxalq standartlara uyğun olaraq Huawei tənzimləyicilərin və müştərilərin tələblərinə və sənaye sahəsində qazanılmış ən yaxşı təcrübələrə istinad edərək səmərəli, davamlı və etibarlı kibertəhlükəsizlik və məxfiliyin qorunması təminat sistemi yaratmışdır.”

O qeyd etdi ki, Şəbəkə Avadanlığının Təhlükəsizliyinin Təminatı Sxemi (NESAS)/ Təhlükəsizlik Təminatı Spesifikasiyaları (SCAS) kibertəhlükəsizlik sahəsində göstərilən qlobal əməkdaşlıq səylərinin ideal nümunəsidir: O, Mobil Assosiasiyanın Xüsusi Qrupu (GSMA) və Üçüncü Nəsil Tərəfdaşlıq Layihəsi (3GPP) telekommunikasiya sənayesində qabaqcıl standartlar təyin edən təşkilatlar) tərəfindən birgə müəyyən edilmiş standartlaşdırılmış kibertəhlükəsizlik qiymətləndirmə mexanizmini və 5G təhlükəsizlik riskləri və təsirlərin azaldılması tədbirləri ilə bağlı faydalı təlimat təmin etmək məqsədilə Mobil Assosiasiyanın Xüsusi Qrupu (GSMA) 5G Kibertəhlükəsizlik Bilik Bazasını təklif edir.

Kibercinayətkarlığın yaratdığı risklərə toxunan Dr.Tural Məmmədov onların beynəlxalq ictimaiyyətə qoşulduqlarını xüsusilə vurğuladı: "Eyni şəkildə, biz qlobal tərəfdaşlarımızla bütün rəqəmsal iqtisadiyyat imkanlarından yararlanmaq üçün mühüm əhəmiyyət kəsb edən telekommunikasiya şəbəkələrinin müdafiəsində birgə fəaliyyətlər istiqamətində işləmək istəyirik."

Sonda Dr.Elvin Balacanov qeyd etdi ki, onların vacib informasiya infrastrukturunun qorunması Azərbaycanda hökumətin əsas prioritetidir, çünki bu, vacib sistemlər pozulduğu təqdirdə dövlətin, cəmiyyətin və vətəndaşların maraqlarına əhəmiyyətli dərəcədə zərər verə biləcək funksional xüsusiyyətlərə malikdir: “Buna görə də, telekommunikasiya provayderlərinin riskləri azaltmaq və vacib informasiya infrastrukturumuzu qorumaq üçün müvafiq mühafizə tədbirləri, protokollar və texnologiyalar tətbiq etmələri çox vacibdir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR