Bank Of Baku

"Koroğlu" metrostansiyasında sərnişin sıxlığına səbəb olan amillər açıqlanıb

"Koroğlu" metrostansiyasında sərnişin sıxlığına səbəb olan amillər açıqlanıb
# 05 aprel 2023 15:02 (UTC +04:00)

"Koroğlu" metrostansiyasında böyük tutumlu qatarların sayını artırmaqla sərnişinlərin müəyyən vaxtlarda olan sıxlığını azaltmaq elə də asan deyil.

"APA-Economics" xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-nin sədr müavini Hidayət Məmmədov bildirib.

""Koroğlu" metrostansiyasının qarşısında olan taksilərin əlindən tərpənmək olmur. Bu, həmin stansiyanın yüklənməsinə səbəb olub. Bu stansiyada qrafikə düzgün riayət etmək üçün ciddi çalışırıq. Bundan başqa müqayisə aparsaq görərik ki, qatarların son iki vaqonu həmişə nisbətən boş olur, amma öndəki vaqonlarda adətən sıxlıq olur. Əməkdaşlarımız tövsiyə verəndə isə onlara qarşı kobudluq edirlər", - deyə Hidayət Məmmədov vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR