"BakıKart" satış və balans yükləmə terminallarında məhdud istifadə üçün nəzərdə tutulan gediş kartlarının satışı dayandırılır.
Bunu "APA-Economics"ə Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib.
Onun sözlərinə görə, buna səbəb sərnişinlərə təklif olunan yeni üsullarla balans yükləmə xidmətləridir: "Məhdud istifadə üçün nəzərdə tutulan kartlar artıq olmayacaq. Çünki artıq onlayn, internet üzərindən ödəniş üsulu mövcuddur. Yaxın zamanda isə NFC, QR-kod və birbaşa bank kartı vasitəsilə gediş haqlarını ödəmək mümkün olacaq deyə, artıq onlara ehtiyac yoxdur".