Bank Of Baku

Mikayıl Cabbarov: Bizim ümumi siyasətimiz Cənubi Qafqaz və Mərkəzi Asiya arasında birlik yaratmaqdır

İqtisadiyyat naziri Mikayıl Cabbarov

© APA | İqtisadiyyat naziri Mikayıl Cabbarov

# 13 mart 2026 09:54 (UTC +04:00)

Azərbaycan və Çin arasındakı münasibətlər strateji əməkdaşlıq çərçivəsində inkişaf edir.

APA xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov XIII Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Çin və Qlobal İdarəçilik Təşəbbüsü” adlı panel müzakirəsində deyib.

“Bizim ümumi siyasətimiz Cənubi Qafqaz və Mərkəzi Asiya arasında birlik yaratmaqdır. Burada söhbət təkcə tranzitdən getmir. Biz müvafiq vasitələrdən istifadə edərək regionlar arasında iqtisadi inteqrasiyanı artırmalıyıq. Beynəlxalq münasibətlər transformativ mərhələdədir və buna görə də, bizim bu məqsədimiz xüsusi əhəmiyyət daşıyır”,- Mikayıl Cabbarov qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR