Azərbaycan Türkiyədən gələn yük maşınları (tırlar) üçün önəmli güzəştlər edib.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.
O qeyd edib ki, türkiyəli sürücülər İran gömrüyündə böyük problemlər yaşadıqları üçün Azərbaycan ərazisindən keçməyə üstünlük verirlər. Nazirin sözlərinə görə, İran tərəfi ilə danışıqların davam etməsinə baxmayaraq, problemlər aradan qaldırılmayıb.