Dövlət orqanlarının nə qədər resursları olsa da, bütün kibertəhdidlərin qarşısını ala bilməz.
"APA-Economics" xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Fərid Əhmədov "Azərbaycanda Kibercinayət və Kibertəhlükəsizlik barometri" ilə bağlı keçirilən konfransda bildirib.
"Bu gün Azərbaycanda ən böyük problem bu sahədə olan mütəxəssislərin çatışmazlığıdır. İnsan kapitalı çox önəmlidir. Bu problem isə qlobal səviyyədədir. Qlobal problemlə mübarizəmizi gücləndirməliyik", - deyə nazir müavini əlavə edib.