Bank Of Baku

Nazir müavini Fransa nümayəndə heyəti ilə görüşüb

Nazir müavini Fransa nümayəndə heyəti ilə görüşüb
# 08 aprel 2022 17:37 (UTC +04:00)

Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmov Fransanın Azərbaycandakı səfiri Zakari Qrosun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən (RİNN) "APA-Economics"ə verilən məlumata görə, nümayəndə heyəti ölkəmizdə işgüzar səfərdə olan fransız iş adamlarının əsas təşkilatı “MEDEF International”ın direktoru Filip Qotye və bir sıra şirkət rəhbərlərindən ibarət olub.

Məqsəd fransız şirkətlərinin Azərbaycandakı tərəfdaşları ilə birbaşa əlaqələrinin inkişaf etdirilməsi və əməkdaşlığın yeni istiqamətlərinin müəyyən edilməsidir.

Görüş zamanı bir sıra fransız şirkətləri ilə dövlət-özəl tərəfdaşlığı formatında mövcud və gələcək əməkdaşlıq perspektivləri ilə əlaqədar nəqliyyat, kosmik sənaye və İKT sahəsinə dair fikir mübadiləsi aparılıb.

Eyni zamanda, Azərbaycanın beynəlxalq çərçivədə böyük şirkətlərlə müvafiq planların başladılması, tərəfdaşlarla tam və qarşılıqlı faydalı əlaqələr qurmaq məqsədilə ölkənin nəqliyyat kompleksinin mövcud potensialı, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları barədə məlumat verilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR