Nazir Rəşad Nəbiyev Koreya Prezidenti yanında Şimali İqtisadi Əməkdaşlıq Komitəsinin sədri ilə görüşüb - FOTO

Nazir Rəşad Nəbiyev Koreya Prezidenti yanında Şimali İqtisadi Əməkdaşlıq Komitəsinin sədri ilə görüşüb - FOTO
# 23 noyabr 2021 11:37 (UTC +04:00)

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Koreya Respublikasının Prezidenti yanında Şimali İqtisadi Əməkdaşlıq Komitəsinin sədri Çong Soo Parkla görüş keçirib.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, görüşdə ölkələr arasında daim inkişaf edən iqtisadi əməkdaşlıq, İKT, kibertəhlükəsizlik və nəqliyyat sektoru barədə fikir mübadiləsi aparılıb.

Eyni zamanda, işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən layihələrdə Koreya şirkətlərinin iştirakı məsələsi müzakirə olunub.

Görüşdə Azərbaycanda rəqəmsal transformasiyanın prioritet olduğu qeyd edilərək bu sahədə Koreyanın qabaqcıl təcrübəsi ilə tanışlığın ölkəmiz üçün əhəmiyyət daşıdığı vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR