Bank Of Baku

Nazir Rəşad Nəbiyev Qaxda vətəndaşları qəbul edəcək

Nazir Rəşad Nəbiyev Qaxda vətəndaşları qəbul edəcək
# 06 sentyabr 2022 11:28 (UTC +04:00)

Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşları qəbulu cədvəlinə əsasən rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin 9 sentyabr 2022-ci il tarixində Qax şəhərində Balakən, Zaqatala, Qax, Şəki, Oğuz və Qəbələ rayonlarının sakinləri ilə keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişib.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, Rəşad Nəbiyev adı çəkilən rayonların sakinlərini 12 sentyabr 2022-ci il tarixində saat 10:00-da Qax şəhərində yerləşən Heydər Əliyev Mərkəzində (ünvan: Qax şəhəri, Nəriman Nərimanov pr. 10) qəbul edəcək.

Qəbulda nəqliyyat, telekommunikasiya, o cümlədən internet, televiziya və radio yayımı və poçt xidmətləri sahələrində əhalini maraqlandıran məsələlər dinləniləcək.
Qəbula yazılmaq üçün 11 sentyabr 2022-ci il tarixinə qədər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “Çağrı Mərkəzi” (1655) və elektron poçtu ([email protected]), 012 598 58 58 (daxili 222 və 290) nömrəli telefon vasitəsi ilə qeydiyyatdan keçmək olar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR