İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti “STP” MMC-yə daxil olan “SOCAR-STP” MMC ölkədə ilk dəfə olaraq stasionar dəniz platforma kranının istehsalına başlayıb.
"APA-Economics" xəbər verir ki, bununla əlaqədar olaraq aprelin 11-də bır sıra dövlət qurumlarının, şirkət əməkdaşlarının və KİV nümayəndələrinin iştirakı ilə məhsulun təqdimatı mərasimi keçirilib.
Təqdimat mərasimində kranın iş prosesi qonaqlara nümayiş etdirilərək layihə barədə ətraflı məlmat verilib.
Bildirilib ki, “80-30 (35T)” markalı barbet üzərində stasionar dəniz platforma kranı SOCAR-ın “Azneft” İB-nin sifarişi əsasında “SOCAR-STP” MMC tərəfindən hazırlanıb.
İstehsal edilən stasionar dəniz platforma kranı SOCAR-ın “Azneft” İB-nin platformalarında istifadə ediləcək.
Əli Əliyev