Azərbaycan banklarının hazırda prioritet vəzifəsi olaraq işğaldan azad olmuş Azərbaycan ərazilərində innovativ maliyyə-bank xidmətlərinin yaradılması istiqamətində müvafiq işlər aparılır və strateji planlar müəyyən edilir.
"APA-Economics"in məlumatına görə, bunu "Visa Inc." beynəlxalq kart təşkilatı və Azərbaycan Banklar Assosiasiyasının (ABA) rəhbərliyi arasında keçirilən görüşdə ABA-nın prezidenti Zakir Nuriyev deyib.
O bildirib ki, bütün maliyyə-bank sektoru ilə əlaqədar təşkilatların maliyyə-bank infrastrukturunun qurulmasında fəal iştirakı təmin olunacaq.
Öz növbəsində, "Visa"nın regional direktoru Kristina Doros bildirib ki, şirkət bundan sonra da Azərbaycan iqtisadiyyatının nağdsızlaşdırılması istiqamətində görülən təşəbbüsləri dəstəkləməyə hazırdır.