Xəzər Boru Kəməri Konsorsiumu Qazaxıstandan neft tədarükünü azaldıb.
APA-nın Rusiya bürosunun yerli KİV-ə istinadən verdiyi məlumata görə, buna səbəb iki neft yükləmə qurğusunun zədələnməsi olun.
Qeyd edək ki, Xəzər Boru Kəməri Konsorsiumu Qazaxıstandan neft ixracı üçün əsas marşrutdur. Bu yay ikinci dəfədir ki, konsorsiumun işində problemlər yaranıb.