Bank Of Baku

Qazaxıstan TBNM üzrə yükdaşımaların inkişaf perspektivlərini açıqlayıb

Qazaxıstan TBNM üzrə yükdaşımaların inkişaf perspektivlərini açıqlayıb
# 30 mart 2022 10:30 (UTC +04:00)

TBNM üzrə yükdaşımaların inkişafı məqsədilə Qazaxıstanda konteyner qovşağı yaradılacaq

Qazaxıstanda Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) üzrə yükdaşımaların inkişafı üçün “Aktau Dəniz Limanı” xüsusi iqtisadi zonasının nəzdində konteyner qovşağının yaradılması planlaşdırılır.

APA-Economics” Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın sənaye və infrastrukturun inkişafı naziri Kairbek Uskenbayev hökumətin iclasında deyib.

Nazirliyin hesablamalarına görə, təxminən 4 mln. tona yaxın ixrac yükünün istiqamətinin dəyişdirilməsi nəzərə alınmaqla, Aktau və Kurık dəniz limanları vasitəsilə daşımaların həcminin 10 mln. tona çatdırılması planlaşdırılır.

Nazir əlavə edib ki, Qazaxıstanda logistika zəncirlərinin qırılması fonunda ixrac və tranzit yüklərin daşınması üçün alternativ marşrutlar və dəhlizlər işlənilib. İxrac yükləri Latviya limanlarına (Liyepaya, Riqa, Ventspils) və TBNM-yə yönləndirilir. Bununla bağlı Azərbaycan, Gürcüstan və Türkiyə ilə marşrut üzrə BNLŞ (Birləşmiş Nəqliyyat və Logistika Şirkəti) kimi birgə müəssisənin yaradılması haqqında razılıq əldə olunub.

TBNM marşrutu Aktau və Kurık dəniz limanlarından keçir, daha sonra fider və bərə xətti ilə Bakı (Ələt) limanına, Azərbaycan və Gürcüstan dəmir yolları ilə Batumi və Poti limanlarına qədər uzanır. Daha sonra – Avropaya və ya Bakı-Tbilisi-Qars dəmir yolu ilə Türkiyənin İstanbul, Mersin limanlarına və oradan da Avropaya. Aktaudan Batumi/Potiyə qədər olan məsafə təxminən 1 300 km-dir, ondan: Aktau-Bakı – dənizlə 450 km, Bakı-Batumi/Poti – 850 km dəmir yolu ilədir.

Xəzər dənizindən yan keçən alternativ dəmir yolu marşrutu da mövcuddur: uzunluğu 1 792 km olan “Dina Nurpeisova” stansiyası vasitəsilə – “Samur” stansiyası (Dağıstan, Rusiya) – “Böyük Kəsik” stansiyası (Azərbaycan) – Poti/Batumi limanı.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR