Bank Of Baku

Qubadlının Mahzurlu kəndində 690 ailənin yaşaması planlaşdırılıb

Qubadlının Mahzurlu kəndində 690 ailənin yaşaması planlaşdırılıb
# 04 may 2023 18:23 (UTC +04:00)

Mahzurlu kəndi Qubadlı rayonunun mərkəzindən 19 kilometr məsafədə yerləşir.

APA xəbər verir ki, kəndin layihələndirilən ümumi ərazisi 197 hektar təşkil edir.

Gələcəkdə bu kənddə 2700-dən çox sakinin, başqa sözlə, 690 ailənin yaşaması planlaşdırılıb. Mahruzlu kənd inzibati ərazi dairəsində yerləşən Alaqurşaq və Muğanlı kəndləri də bu yaşayış məntəqəsinə daxil olmaqla layihələndirilib. Birinci fazada kənddə 145 evin tikilməsi və 649 nəfərin məskunlaşdırılması planlaşdırılır.

Kənddə məktəb binası, uşaq bağçası, inzibati bina, klub icma mərkəzi, çoxfunksiyalı bina, bazar kompleksi, idman sağlamlıq mərkəzi, sənətkarlıq emalatxanası, tibb məntəqəsi, mərasim zalı, çayxana da yaradılacaq.

Qeyd edək ki, bu gün Prezident İlham Əliyev Qubadlıda Mahzurlu kəndinin təməlini qoyub.


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR