Bank Of Baku

Ramazan Erdağ: Orta Dəhlizin uğuru yalnız yük həcmi ilə deyil, yaratdığı iqtisadi dəyərlə ölçüləcək

Ramazan Erdağ: Orta Dəhlizin uğuru yalnız yük həcmi ilə deyil, yaratdığı iqtisadi dəyərlə ölçüləcək
# 16 sentyabr 2026 12:32 (UTC +04:00)

Orta Dəhlizin uğuru yalnız yük həcmi ilə deyil, yaratdığı iqtisadi dəyərlə ölçüləcək.

"APA-Economics" xəbər verir ki, bunu Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının aparıcı milli analitik mərkəzlərinin II Beynəlxalq Konfransında Türkiyənin Xarici İşlər Nazirliyinin Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Ramazan Erdağ bildirib.

O qeyd edib ki, Asiya ilə Avropa arasında təhlükəsiz və səmərəli bağlantıya ehtiyac artıb və Trans-Xəzər Şərq-Qərb Orta Dəhlizi bu baxımdan mühüm imkan yaradır.

R.Erdağ bildirib ki, Orta Dəhlizin strateji əhəmiyyəti yalnız daşınan yüklərlə deyil, regionda yaratdığı iqtisadi dəyərlə ölçülməlidir.

Onun sözlərinə görə, növbəti mərhələdə tranzit yanaşmasından regional dəyər zəncirlərinin yaradılmasına keçmək lazımdır.

“Uğurlu dəhlizlər yalnız konteynerləri sürətlə daşımır, iqtisadi coğrafiyanı da dəyişir. Əsas məsələ neçə şirkətin təchizat zəncirinə qoşulması, neçə iş yerinin yaradılması və nə qədər əlavə dəyərin formalaşmasıdır”, – deyə o vurğulayıb.

R.Erdağ Orta Dəhlizin inkişafı üçün vahid idarəetmə, rəqəmsal gömrük sistemləri, birgə infrastruktur maliyyələşdirilməsi, sənaye və logistika klasterlərinin yaradılmasının vacibliyini qeyd edib.

O əlavə edib ki, infrastruktur, rəqəmsal sistemlər və regional istehsal şəbəkələri birləşdirilərsə, Orta Dəhliz Şərq və Qərb arasında sadəcə nəqliyyat xətti deyil, Türk dünyasının iqtisadi inkişaf dayağına çevrilə bilər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR