Xorvatiyanın xarici və Avropa işləri naziri Qordan Qrliç-Radman Bakıda Azərbaycanın Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevlə görüşüb.
“APA-Economics” xəbər verir ki, bu barədə Gordan Qrliç-Radman “Twitter” hesabında yazıb.
O qeyd edib ki, işgüzar nümayəndə heyətinin müşayiəti ilə keçirilən görüşdə tərəflər arasında iqtisadi əməkdaşlığın gücləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.