Bank Of Baku

Rusiya aviaşirkəti Bakıya uçuşların sayını artırır

Rusiya aviaşirkəti Bakıya uçuşların sayını artırır
# 07 sentyabr 2022 10:31 (UTC +04:00)

Rusiyanın “Utair” aviaşirkəti sentyabrda Samara və Sankt-Peterburqdan Bakıya uçuşların sayını artırır.

APA-Economics” şirkətin yaydığı məlumata istinadən xəbər verir ki, bu barədə “Utair”in prezidenti Oleq Semenov deyib.

Onun sözlərinə görə, hazırda şirkət Qroznı, Moskva, Samara, Sankt-Peterburq, Surqut, Tümen və Ufadan Bakıya birbaşa uçuşlar həyata keçirir. Həmçinin “Utair” cədvəlində Gəncə və Naxçıvana da uçuşlar var.

“Biz görürük ki, Azərbaycana təkcə Moskvadan deyil, regionlardan da turist axını durmadan artır. Biz sərnişinlərin səyahətini daha da rahat etmək üçün yeni və əlavə reyslər tətbiq edirik”, - deyə Oleq Semenov qeyd edib.

Samara-Bakı və Sankt-Peterburq-Bakı üzrə uçuş cədvəli:

Marşrut

Gün

Gediş

Dönüş

Samara-Bakı

Cümə axşamı,

Cümə

Bazar

13:00

16:25

Sankt-Peterburq-Bakı

Bazar ertəsi

Çərşənbə

Cümə axşamı

Cümə

10:15

16:40

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR