Bank Of Baku

Rusiya paytaxtında müşahidə olunan hava şəraiti Bakı-Moskva aviareyslərinə təsir etməyib

Rusiya paytaxtında müşahidə olunan hava şəraiti Bakı-Moskva aviareyslərinə təsir etməyib
# 03 noyabr 2021 10:32 (UTC +04:00)

Dumanlı hava şəraiti ilə əlaqədar Moskvanın hava limanlarında 70-ə yaxın aviareys gecikir və təxirə salınıb.

Bu barədə "APA-Economics" Rusiya mətbuatına istinadən xəbər verir.

Məlumata əsasən, hazırda Vnukovo hava limanında 14 reys gecikir və 7 reys təxirə salınıb, Domodedovo limanında 34 reys gecikir və 5 reys təxirə salınıb, Şeremetyevo aeroportunda isə 3 reys gecikir, 4-ü təxirə salınıb.

Heydər Əliyev Beynəlxalq Aeroportundan "APA-Economics"ə verilən məlumata görə, Rusiya paytaxtında müşahidə edilən dumanlı hava şəraiti Bakı ilə Moskva arasında (Bakı-Moskva, Moskva-Bakı) hava nəqliyyatı ilə sərnişin daşımalarına təsir etməyib.

"Hazırda bu istiqamət üzrə gecikən və ya təxirə salınan reys yoxdur", - aeroportdan bildirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR