Bank Of Baku

Rusiyada Heydər Əliyevin 100 illik yubileyi münasibətilə poçt markası dövriyyəyə buraxılıb - FOTO

Rusiyada Heydər Əliyevin 100 illik yubileyi münasibətilə poçt markası dövriyyəyə buraxılıb - FOTO
# 27 aprel 2023 16:28 (UTC +04:00)

Moskva şəhərində Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Rusiya Federasiyasının dövriyyəyə buraxdığı poçt markasının rəsmi möhürlənmə mərasimi təşkil olunub.

APA-nın Moskva müxbiri xəbər verir ki, Markanın möhürlənməsi Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Rusiya Federasiyası Prezidentinin köməkçisi İqor Levitin tərəfindən həyata keçirilib.

Poçt markasının üzərində Azərbaycan Respublikasının dövlət bayrağı fonunda Ümummilli Liderin portreti təsvir edilib.

Qeyd edək ki, poçt markasından əlavə bu mövzuda Birinci gün zərfləri nəşr edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR