Bank Of Baku

Sabahdan Kürdəmir dəmir yolu stansiyası sərnişinlərin istifadəsinə veriləcək - FOTO

Sabahdan Kürdəmir dəmir yolu stansiyası sərnişinlərin istifadəsinə veriləcək - FOTO
# 17 aprel 2026 09:29 (UTC +04:00)

Sərnişin məmnuniyyətinin artırılması və regionlarda nəqliyyat əlçatanlığının təmin edilməsi məqsədilə 18 aprel 2026-cı il tarixindən etibarən Kürdəmir dəmir yolu stansiyası sərnişinlərin istifadəsinə veriləcək.

"Azərbaycan Dəmir Yolları" QSC-dən "APA-Economics"ə verilən məlumata görə, Bakı–Qazax–Bakı, Bakı–Balakən–Bakı, Bakı–Ağdam–Bakı, eləcə də həftəsonları və bayram günləri təyin olunan Bakı–Ağstafa–Bakı reysləri üzrə qatarlar Kürdəmir stansiyasında dayanacaq.

Məlumata görə, bilet satışı 17 aprel tarixindən aparılır. Biletin qiyməti 11 manat 10 qəpikdir.

Qeyd edək ki, bu gün Bakı Dəmiryol Vağzalından Kürdəmir stansiyasına rəmzi qatar yola düşüb.

Qatarlar Bakıdan Kürdəmirə 2 saat 11 dəqiqəyə çatacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR