SOCAR “Azəriqaz” İB-nin bölgələrdə keçirdiyi “Açıq mikrofon” aksiyası bu dəfə Salyan rayonunda təşkil olunub.
“APA-Economics” xəbər verir, “Səyyar qəbul otağı”nda səslənən müraciətlər əsasən qaz xəttinin yerinin dəyişdirilməsi, debitor borcun araşdırılması, qaz sayğacının yerinin dəyişdirilməsi kimi məsələlərlə bağlı olub. Ünvanlanan müraciətlərlə bağlı Salyan RQİİ-nin rəhbər şəxsləri tərəfindən aksiya iştirakçılarına ətraflı məlumat verilib. Həmçinin bəzi problemlər araşdırılması üçün qeydiyyata alınıb.