Bank Of Baku

Şəkinin Əliyar kəndinin sakinləri "Azəriqaz"a müraciət edib

Şəkinin Əliyar kəndinin sakinləri "Azəriqaz"a müraciət edib
# 24 may 2023 17:48 (UTC +04:00)

SOCAR “Azəriqaz” İstehsalat Birliyinin "Səyyar qəbul otağı" mavi yanacaqdan sonuncu dəfə 1990-cı ildə istifadə edən Şəkinin Əliyar kəndində qurulub.

"APA-Economics" xəbər verir ki, tədbiri çıxış sözü ilə Zaqatala RQİİ-nin rəisi açıq elan etdikdən sonra aksiyaya qatılan 30-a yaxın sakinin müraciətləri dinlənilib.

Adıçəkilən kəndin qaz təchizatı olmadığından səslənən istək və xahişlərin bir məqsədi Əliyar kəndinin qış aylarına kimi qazlaşdırılmasından ibarət olub. Məsələ ilə bağlı kənd sakinlərinə Zaqatala RQİİ-nin rəhbər şəxsləri tərəfindən ətraflı məlumat verilərək bildirilib ki, ölkədə qazlaşma işləri plana uyğun olaraq mərhələli şəkildə aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR