Bu gün “Azərbaycan Hava Yolları”nın ən böyük sərnişin təyyarəsi Airbus A340-500 ilk texniki uçuşunu müvəffəqiyyətlə yerinə yetirmiş və Şərqi Zəngəzurun ilk hava limanı olan Zəngilan Beynəlxalq Hava Limanındakı yeni uçuş-enmə zolağına enib.
“Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətindən "APA-Economics"ə verilən məlumata görə, sərnişin təyyarəsində Bakı-Zəngilan marşrutu üzrə uçuş müddəti təqribən 45 dəqiqə təşkil edib.
“Uzunillik işğaldan azad olunmuş Azərbaycan ərazisində beynəlxalq hava limanlarının tikintisi və fəaliyyəti ölkə Prezidenti İlham Əliyevin qərarı və tapşırığı sayəsində mümkün olub. Dövlət başçısının yaxın günlərdəki bəyanatına əsasən, işğaldan azad edilmiş ərazilərdə artıq ilk beynəlxalq hava limanı fəaliyyət göstərir, tezliklə açılışı nəzərdə tutulan ikinci beynəlxalq hava limanının uçuş-enmə zolağı istifadəyə verilib. Əlverişli coğrafi mövqeyi nəzərə alaraq Zəngilan hava limanı çoxfunksiyalı hava limanı olaraq, regionun iqtisadi, nəqliyyat və sosial məsələlərinin həlli üçün mühüm alət olacaq. Ölkənin digər beynəlxalq hava limanları kimi, müasir tipli böyük təyyarələri qəbul edə bilən bu hava limanı da bütün yüksək dünya standartlarına və tələblərinə cavab verir”, - deyə AZAL-ın prezidenti Cahangir Əsgərov bildirib.
Zəngilandakı yeni hava limanı üçün ICAO və IATA-nın beynəlxalq kodları (müvafiq olaraq UBBZ və ZZE), həmçinin EUROCONTROL təşkilatının naviqasiya vasitələrinin bütün çağırış siqnalları təyin edilib.
Qeyd edək ki, Zəngilan hava limanında uçuş-enmə zolağının uzunluğu və eni müvafiq olaraq 3000 metr və 60 metrdir. Aerodrom ICAO-nun bütün tələblərinə əsasən uçuşların təhlükəsizliyinin təmin edilməsi üçün cihazlar üzrə enmə və naviqasiya sistemləri, işıq-texniki sistemlər, birincili və ikincili müşahidə radiolokasiya stansiyası ilə tam təchiz edilib.
Perronun sahəsi 60 min kvadrat metrdir.
Zəngilan hava limanı texniki cəhətdən tam komplektləşdirilib və bütün tələb olunan aeronaviqasiya avadanlıqları ilə təmin edilib, hava hərəkətini avtomatlaşdırılmış idarəetmə sistemləri ilə təchiz edilən HHİ qülləsinin tikintisi başa çatdırılıb.
Zəngilan Beynəlxalq Hava Limanı işğaldan azad edilən Azərbaycan ərazisində Füzuli Beynəlxalq Hava Limanından sonra inşa olunmuş ikinci hava limanıdır.
Sərnişin təyyarəsi Zəngilan Beynəlxalq Hava Limanına texniki eniş icra edib - VİDEO
İnfrastruktur
"İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin yeni strukturu müəyyənləşib
Lin O’Grady: Azərbaycanda şəhərsalma sahəsində maliyyələşdirmə əsasən mərkəzləşdirilmiş qaydada həyata keçirilir
AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir
Yay mövsümündə Azərbaycanın hava məkanında uçuşlar 11%, tranzit trafik isə 14,5% artıb
Xəbər Lenti
Bu günün valyuta məzənnələri
İran münaqişə başlayandan ABŞ bazalarına ən irimiqyaslı hücumu həyata keçirib - YENİLƏNİB
Tramp 9-10 sentyabr tarixlərində Respublikaçıların qurultayında çıxış edəcək
Nyu-York birjasında təbii qazın qiyməti aşağı düşüb
Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb
Ölkənin bir sıra rayonlarında elektrik enerjisi olmayacaq
Kriptobirjada son durum- “Bitcoin” cüzi ucuzlaşıb
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
“Brent” neftinin qiyməti 100 dollara yaxınlaşıb
ABŞ fond bazarlarında əsas indekslərdə eniş müşahidə olunub
Gəncədə 33 yaşlı kişi bıçaqlanıb
Tramp illik 50 milyard dollarlıq dövlət satınalmalarından Kanada məhsullarının çıxarılmasını tapşırıb
Rubio: Moskva və Kiyevdə məzmunlu təkliflər müzakirə olunub
ABŞ beş İran tankerinin məhv edildiyini açıqlayıb
SEPAH iki ABŞ esminesinə ballistik raket zərbəsi endirdiyini açıqlayıb
NATO: Ukrayna üçün ABŞ silahlarının alınmasına 10 milyard dollardan çox vəsait ayrılıb
Zərdabda ağır qəza nəticəsində 5 nəfər yanaraq ölüb - YENİLƏNİB
İsveçrə Ukrayna danışıqlarınun yeni raunduna ev sahibliyi etməyə hazırdır
UEFA Çempionlar Liqasında Liqa mərhələsinə start verilib
KİV: ABŞ-ın İran tankerlərini vurması İranın dünən ABŞ gəmilərini hədəf almasına cavab olub
ABŞ Xarq adası yaxınlığında İrana aid neft tankerini vurub
İran ABŞ-ı neft tankerlərinə hücumdan çəkindirib
Peru ABŞ-ın təsis etdiyi “Amerika Qalxanı” alyansına qoşulub
Gəncə prospektində elektrik transformatoru yanıb
Ukrayna Avropa İttifaqının ayırdığı kredit hesabına “Patriot”-lar üçün təxminən 1000 raket alacaq
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Şəkidə istirahət mərkəzində qurğunun trosu qırılıb, 2 nəfər ölüb - YENİLƏNİB
İsrail Britaniyanın qanunsuz yəhudi yaşayış məntəqələrinə qarşı tətbiq etdiyi sanksiyalara cavab verəcək
Balaxanı qəsəbəsi ərazisində obyektdə yanğın olub - VİDEO - YENİLƏNİB 3
SEPAH: ABŞ ordusuna məxsus sualtı aparat Hörmüz boğazında ələ keçirilib
Ukrayna XİN: Bu ay Trampla Zelenski arasında görüş gözlənilir
“Maarifçi”lər Məhkəmə-Hüquq Şurasının Aparat rəhbəri ilə görüşüblər
Elnur Məmmədov Bakıda ABŞ-ın Ermənistandakı müvəqqəti işlər vəkili ilə TRIPP-in icrasını müzakirə edib
Suraxanıda 14 kq narkotik aşkarlanıb
Kreml: Putin və Tramp bir saat telefon danışığı aparıb
Minatəmizləmə fəaliyyətinə dair Tələblər təsdiqlənib
"İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin yeni strukturu müəyyənləşib
“AzerGold”un təşkilatçılığı ilə keçirilən 7-ci səyyar tibbi müayinə aksiyasına yekun vurulub - VİDEO
Məhkəmə "Qazaxlı Alik"in oğlu Fuad Muradov barəsində qərar verib
Xocalıda fəaliyyət göstərən müəssisələrə mediatur təşkil olunub - FOTO
Azad edilmiş ərazilərdə idxal güzəştlərinin tətbiq olunduğu iqtisadi fəaliyyət sahələrinin dairəsi genişləndirilib
Daxili İşlər Nazirliyi Amerika Polis Qüvvələri Birliyində müşahidəçi statusu əldə edib
"Expressbank" Qusarın bütün ucqar kəndlərində birinciləri sevindirib
Azərbaycan ilə Əlcəzair arasında Birgə Komissiyanın ilk iclasına hazırlıq müzakirə edilib
Pensiyalar və müavinətlərin ödəniləcəyi tarix məlum olub
Turizm şirkətinin rəhbəri xaricdə iş vədi ilə dələduzluqda ittiham edilir, məhkəməsi başlayır
NATO Baş katibi Aİ-nin Ukrayna üçün “Patriot” sistemləri ilə bağlı qərarını alqışlayıb