Azərbaycan da daxil olmaqla 8 ölkədən 50 startap “Take Off Baku” beynəlxalq sammitində iştirak hüququ qazanıb. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən (RİNN) “APA-Economics”ə verilən məlumata görə, sammit Türkiyə Sənaye və Texnologiya Nazirliyinin birgə təşkilatçılığı ilə bu ilin 26-29 may tarixlərində “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalına hazırlıq çərçivəsində keçiriləcək.
Münsiflər heyəti müsabiqənin şərtlərinə əsasən MVP (alıcılar tərəfindən alınan və alıcı rəylərinə əsasən təkmilləşdirilə bilən məhsul) və hazır məhsula malik, o cümlədən satış həyata keçirən komandalar arasından ən güclü 50 startapı müəyyən edib.
Qeyd edək ki, ümumilikdə 32 ölkədən 287 startap beynəlxalq tədbirdə iştirak üçün qeydiyyatdan keçib, onlardan 101-i Azərbaycan təmsilçisidir.
İştirakçı startaplar təhsil sahəsində 9, “Fintech” üzrə 5, səhiyyə üzrə 2, “Ağıllı şəhər” üzrə 7, nəqliyyat və logistika üzrə 2, infrastruktur və təhlükəsizlik üzrə 2, əyləncə üzrə 3, sosial sahə üzrə 8, “Media&Ads” üzrə 1 və digər sahələr üzrə 11 təkliflə beynəlxalq tədbirdə investorlar qarşısında təqdimatla çıxış edəcəklər.
Təqdim edilmiş layihələrin ümumi məhsulunun 80 faizi proqram, 20 faizi isə aparat təminatına aiddir.
İştirakçı statusu əldə etmiş 50 startapa tədbirin rəsmi açılış mərasiminə kimi beynəlxalq mentorlar tərəfindən “Marketdə düzgün seqmentin seçilməsi”, “Müştəri yönümlü həllər”, “Pitçinq”, “İnnovativlik və Səmərəlilik” və “Startap komandasının funksional səriştəliliyi” mövzusunda 11 master klass təşkil olunacaq.
Qeyd edək ki, sammitdə startaplara təqdimatla çıxış etmək, B2B formatda görüşlər keçirmək, investorlarla görüşmək, sərgi və panel müzakirələrdə iştirak etmək imkanları yaradılacaq.
Yeni innovativ layihə və həll yolları təklif edən startapların mükafatlandırılması mərasimi 28 may tarixində baş tutacaq.
“Take Off Baku” beynəlxalq startap sammitinin iştirakçıları bəlli oldu
İnfrastruktur
Bakıda CICA üzv dövlətlərin liman qurumlarının görüşləri nəticəsində Yekun Sənəd qəbul edilib - FOTO
“PAŞA Sığorta” KASKO sığortalı müştərilərinə ÖZƏL üstünlüklər təqdim edir!
Eldar Salahov: Geoiqtisadi vəziyyət və toqquşmalar Bakı Limanına da təsir edir
"İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin yeni strukturu müəyyənləşib
Xəbər Lenti
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
Çempionlar Liqası: “Barselona” “Feyenoord”u darmadağın edib
Zelenskinin təyyarəsi Moldovadan havaya qalxarkən PUA ilə vurulma təhlükəsi ilə üzləşib
İranın Cask limanı yaxınlığında partlayış baş verib
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
Aİ Seutadakı miqrasiya böhranı ilə mübarizə üçün İspaniyaya 115 milyon avro ayıracaq
Apple “iPhone 18 Pro” və “iPhone 18 Pro Max” modellərini təqdim edib
Almaniya Bremerhafen limanının modernləşdirilməsinə 1,5 milyard avro ayıracaq
Sahil Babayev Dünya Bankının nümayəndə heyəti ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib
FT: Ağ Ev Uitkoff və Kuşnerin Ukrayna üzrə danışıqlardakı rolunu azalda bilər
ABŞ Yaxın Şərqdə neft hasilatının 2027-ci ilədək artacağını gözləyir
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
“Baku Steel Company” QSC açıq tender elan edir
Azərbaycana idxal edilən alkoqollu içkilər üçün gömrük rüsumu dəyişib - YENİLƏNİB
Ermənistanda Meğri meri də daxil olmaqla 8 nəfər rüşvət ittihamı ilə saxlanılıb
DİN-in yeni vəzifəsi müəyyənləşib
Azərbaycanla Özbəkistan arasında qərargah danışıqları keçirilib
Gömrükdən keçirilən malların və avtomobillərin bəyan edilməsi qaydası dəyişib
Milli Məclisin sədri və Xəlilur Rəhman Azərbaycanın BMT-yə töhfələrini müzakirə edib
“Yaşıl Teatr” və Bakı Şəhər Bələdiyyə Teatrı Mədəniyyət Nazirliyinin tabeliyinə verilib
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
Könül Vəlibəyli və daha 2 nəfərin öldüyü, 25 nəfərin xəsarət aldığı yanğınla bağlı ittiham aktı elan edilib
Abbas Abbasov BMT-nin Cenevrə ofisində çıxış edib: Afrikada müstəmləkəçiliyin fəsadlarına son qoyulmalıdır
Daha bir tibb müəssisəsi kök hüceyrələrinin transplantasiyasını həyata keçirəcək
“Atəşgah” tibbi sığorta imkanlarını genişləndirib
Bakıda qətl törədən şəxsə hökm oxunub
Bakıda Mərakeş İrsi Günləri keçiriləcək
Mərhum jurnalist Nəcəf Nəcəfovun məzarındakı barelyefi oğurlayan şəxs tutulub
Dmitriy Mariyasin: BMT TRIPP üzrə konkret həllərin hazırlanmasına dəstək göstərə bilər - MÜSAHİBƏ
Valideyn-dövlət-özəl əməkdaşlığı əsasında özəl bağçalara uşaqların qeydiyyatı başlayır - VİDEO
FHN Şəkidə ölümə səbəb olan qurğuya nəzarətin onların səlahiyyətinə aid olmadığını bildirib
“Azerbaijan Open 2026” Bakıda yerli və xarici həvəskar qolfçuları bir araya gətirib
Dünya Bankı Qrupuna Azərbaycan üzrə vahid rəhbər təyin edilib
İran parlamentinin sədr müavini: Oman Sultanı Hörmüz boğazı üzrə razılaşmanı qəbul edib
Kreml Ukrayna danışıqları üçün hansı şəhəri prioritet hesab etdiyini açıqlayıb
Dünya Bankı Azərbaycanda vahid ölkə nümayəndəliyi modelinə keçir
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
İrandan Türkiyəyə aparılan bitum yükündə 45 kq "patı" aşkarlanıb - FOTO
Xalq artisti Aleksandr Şarovski dəfn edilib - YENİLƏNİB-1 - FOTO
Yasamalda ev almaq istəyənlər üçün diqqətçəkən seçimlər – Hazır mənzillər satışda
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
Birbank Taksit kartı sentyabrda daha çox qazandırır: 3% əlavə bonus
ABB-dən futbol azarkeşləri üçün qazandıran kampaniya
SOCAR Azərbaycanda geotermal enerji layihələri üçün kapital tərəfdaşı axtarır
Paşinyan Fransaya gedib
“Əmanətə Sədaqət” layihəsi çərçivəsində şəhid övladları üçün “Bilik Günü” tədbiri keçirilib - FOTO
"QHT işi" üzrə təqsirləndirilən Qalib Bayramova hökm oxunub
Prezident Aleksandr Şarovskinin vəfatı ilə bağlı nekroloq imzalayıb
Bakıda CICA üzv dövlətlərin liman qurumlarının görüşləri nəticəsində Yekun Sənəd qəbul edilib - FOTO
BMT rəsmisi: İqlim fəaliyyəti artıq biznes gündəminin mühüm hissəsinə çevrilib