Bank Of Baku

TDT Baş katibi: Orta Dəhlizlə daşımaların həcminin 10 milyon tona qədər artacağı gözlənilir

Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev

© APA | Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev

# 02 aprel 2026 12:57 (UTC +04:00)

"Zəngəzur dəhlizinin tezliklə açılması üçün işlər görülür”.

APA xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin Baş nazirlərinin Bakı görüşündə Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev deyib.

O bildirib ki, hazırkı mürəkkəb geosiyasi mühitdə Orta Dəhliz ən vacib marşrutdur və bu xətlə daşımaların həcminin 10 milyon tona qədər artacağı gözlənilir: “Bakı-Tbilisi-Qars dəmir yolu xətti artıq öz yüksək effektivliyini sübut edir. Dövlət başçılarımız tərəfindən bizə mütəmadi olaraq blok qatarlarının işə salınması ilə bağlı tapşırıqlar verilib. Bu istiqamətdə işlər davam etdirilir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR