Bank Of Baku

Tərtərdə müharibə zamanı dağılan evlərin bərpasına 1,3 mln. manat ayrılıb

Tərtərdə müharibə zamanı dağılan evlərin bərpasına 1,3 mln. manat ayrılıb
# 30 avqust 2022 09:34 (UTC +04:00)

Ərazi Tikinti-Planlaşdırma Mərkəzi Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisinə təcavüzü nəticəsində Tərtər rayonunda dağıdılmış, qəzalı vəziyyətə düşmüş, təmir və bərpaya ehtiyacı olan fərdi yaşayış evləri və qeyri-yaşayış obyektlərinin tikintisi, təmiri və bərpası işlərinin satınalınması üzrə tenderə yekun vurub.

"APA-Economics" dövlət vahid elektron satınalmalar portalına istinadən xəbər verir ki, tenderin qalibi “Real-İnşaat” MMC seçilib.

Müqavilə üzrə “Real-İnşaat”a 1 milyon 298 min manat ödəniləcək. Qeyd edək ki, şirkət Tərtərdə tikinti-bərpa işlərini bu ilin sonuna kimi yekunlaşdırmalıdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR