Türk Dövlətləri Təşkilatının kosmik agentlik rəhbərlərinin 2-ci toplantısı işə başlayıb.
“APA-Economics” xəbər verir ki, bu barədə Təşkilatın “Twitter” hesabında paylaşım edilib.
Məlumata görə, toplantı Özbəkistanın Daşkənd şəhərində keçirilir.
Qeyd edək ki, toplantıda “Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)”nin İdarə Heyətinin sədri Saməddin Əsədov da iştirak edir.