Bank Of Baku

Ülvi Mehdiyev: "Azərbaycanla Türkiyənin E-dövlət portalları inteqrasiya olunub"

Ülvi Mehdiyev: "Azərbaycanla Türkiyənin E-dövlət portalları inteqrasiya olunub"
# 30 avqust 2022 17:26 (UTC +04:00)

Türkiyədə keçirilən "Teknofest-2022" çərçivəsində Türkiyənin E-dövlət portalı ilə Azərbaycanın e-Gov portalının inteqrasiyası ilə bağlı rəsmi təqdimat olacaq.

Bunu "APA-Economics"ə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib.

Onun sözlərinə görə, bu o deməkdir ki, Azərbaycan vətəndaşı Türkiyəyə gəldikdə ona Azərbaycan dövlətinin verməli olduğu sənəd tələb olunarsa, dərhal Azərbaycanın elektron dövlət portalından əldə edə biləcək: "Eyni zamanda Türkiyə vətəndaşı Azərbaycanda Türkiyə dövlətinə məxsus hər hansı sənəd tələb olunarsa, Türkiyənin eyni portalından əldə edə biləcək. Bu inteqrasiya çox ciddi addımdır ki, biz bunu həyata keçirmişik, sentyabrın 1-də "Teknofest"də onun təqdimatı olacaq".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR