Bank Of Baku

“Azərsu”nun yeni inzibati binası gələn il istifadəyə veriləcək

“Azərsu”nun yeni inzibati binası gələn il istifadəyə veriləcək
# 28 oktyabr 2014 13:45 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. “Azərsu” ASC-nin yeni inzibati binasının tikintisi üzrə işlər yekunlaşmaq üzrədir və gələn il bina istifadəyə veriləcək.

 

APA-Economics”in xəbərinə görə, bunu “Azərsu” ASC-nin bu ilin 9 ayının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş müşavirəsi zamanı cəmiyyətin sədri Qorxmaz Hüseynov bildirib.

 

Onun sözlərinə görə, bu ilin yanvar-sentyabr ayları ərzində Bakı şəhəri və Abşeron yarımadasında tunel tipli kanalizasiya kollektorlarının tikintisi istiqamətində ciddi işlər görülüb. İndiyədək 15 km uzunluğunda tunel tikilib və tunel qazma işləri davam etdirilməkdədir: “Bu  kollektorlar gələcəkdə paytaxtda və ətraf qəsəbələrdə yeni kanalizasiya şəbəkələrinin tikintisinə zəmin yaradacaq: “Eyni zamanda tullantı sularının təmizləyici qurğulara ötürülməsini asanlaşdıracaq”.

 

Q. Hüseynov bildirib ki, tikinti-quraşdırma işləri ilə yanaşı, digər sahələrdə də mühüm tədbirlər həyata keçirilib: “Ötən müddətdə inzibati xətalar və cinayət məcəllələrinə edilən dəyişikliklər, “Sudan istifadə qaydaları”nın təsdiqi və s. məsələlər istehlakçılarla hüquqi münasibətlərin tənzimlənməsinə xidmət edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR