Bank Of Baku

“Bakcell” müştərilərinə əvvəlcədən ödənişli “Asan İmza” kartlarını təklif edir

“Bakcell” müştərilərinə əvvəlcədən ödənişli “Asan İmza” kartlarını təklif edir
# 25 sentyabr 2014 12:39 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. “Bakcell” şirkəti mobil imza xidmətlərini bütün abunəçilərinə daha yaxın etmək məqsədilə əvvəlcədən ödənişli (prepaid) “Asan İmza” kartlarını təqdim edir.

 

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, qeyd olunan xidmət bu günə qədər yalnız sonradan ödənişli (postpaid) müştərilərə göstərilib və xidmətdən istifadə etmək istəyən əvvəlcədən ödənişli (prepaid) abunəçilər yalnız sonradan ödənişli (postpaid) sistemə keçməklə xidmətdən yararlana bilər.

 

“Bakcell”in əvvəlcədən ödənişli (prepaid) Asan İmza kartları 1 saylı “ASAN Xidmət” mərkəzindən, eləcə də Bakı şəhərində və bölgələrdə yerləşən bütün müştəri xidməti mərkəzlərindən əldə oluna bilər.

 

Hər üç kateqoriyaya (fərdi şəxslər, sahibkarlıqla məşğul olan fiziki və hüquqi şəxslər və dövlət qulluqçuları) aid olan postpaid və prepaid abunəçiləri üçün Asan İmza xidmətinin 3 il müddətinə aktivləşdirilməsinin qiyməti 18 AZN təşkil edir.

 

Azərbaycan prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Vergilər Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və mobil imza xidmətləri operatoru “Best Solutions” şirkəti ilə birlikdə həyata keçirilən “Asan İmza” mobil imza xidməti elektron xidmətlərə daxil olan və rəqəmsal imzalar edən zaman kimliyin təsdiqləməsi üçün mobil identifikasiyadır.  

 

Xidmət abunəçinin mövcud nömrəsində və ya yeni SİM kartda aktivləşdirilə bilər. Mövcud nömrədə “Asan İmza” xidmətini aktivləşdirmək üçün abunəçi SİM kartın dublikatını almalıdır.

 

Fiziki şəxslər, hüquqi şəxslər və dövlət orqanları (və yaxud onları təmsil edən şəxslər) “Bakcell” müştəri xidmətləri mərkəzlərinə öz şəxsiyyət vəsiqələrini və müvafiq dövlət qurumlarından məktub gətirməlidirlər. Abunəçi “Asan İmza”nın aktivləşdirildiyi SİM kartı əldə etdikdən sonra mobil imza sertifikatını aktivləşdirmək üçün Vergilər Nazirliyinin Asan Sertifikat Xidmətləri Mərkəzinə müraciət etməlidir.

 

Asan İmza xidmətini öz abunəçilərinə daha yaxın etmək məqsədilə “Bakcell” şirkəti yaxın gələcəkdə digər ASAN Mərkəzlərini də əvvəlcədən ödənişli (prepaid) Asan İmza kartları ilə təmin edəcək. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR