Bank Of Baku

“Elektron hökumət” portalına inteqrasiya olunan xidmətlərin sayı açıqlanıb

“Elektron hökumət” portalına inteqrasiya olunan xidmətlərin sayı açıqlanıb
# 08 oktyabr 2014 08:20 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. “Elektron hökumət” portalı elektron xidmətlərin “bir pəncərə” prinsipi əsasında təşkilinin təmin edilməsi üçün öz üzərinə düşən öhdəlikləri mərhələli şəkildə icra edir.

 

Məlumat Hesablama Mərkəzindən (MHM) “APA-Economics”ə daxil olan məlumata görə, hazırda portala 41 qurum üzrə 374 e-xidmət inteqrasiya edilib. Portalın istifadəsini rahat etmək, eyni zamanda istifadəçilərin irad və təkliflərinin öyrənilərək nəzərə alınması məqsədi ilə “Mənim xidmətlərim”, “Əks Əlaqə”, “Məktub Yaz”, “Əlilliyi olan Şəxslər üçün Onlayn Müraciət”, “E-gov Fikir Bankı” kimi istifadəçiyönümlü servislər portalda əhalinin istifadəsinə verilib.

 

Portal üzərindən təqdim edilən xidmətlərdən yararlanmaq üçün bir neçə autentifikasiya vasitələri seçilib və digər vasitələrlə yanaşı, bir qisim istifadəçilər əldə etdikləri kod-parol vasitəsi ilə portaldan istifadə edirlər.

 

Bu günə qədər Bakı üzrə 5 3851 vətəndaş kod-parol əldə ediblər ki, onlardan 49 554-ü onlayn qeydiyyatdan keçib, 4 297-i qeydiyyat mərkəzlərindən kod-parol alıblar.

 

Sumqayıt şəhəri üzrə ümumilikdə 7 185 vətəndaş qeydiyyatdan keçib, onlardan 6 796-sı onlayn qeydiyyatdan keçərək kod-parol əldə edib, qalan 389-u qeydiyyat mərkəzlərindən kod-parol alıblar.

 

Gəncə şəhəri üzrə isə 6 671 nəfər onlayn qeydiyyatdan keçib, 274 nəfər qeydiyyat  mərkəzlərindən kod-parol alıblar.

 

Bu günə qədər ümumilikdə, 122 701 istifadəçi qeydiyyatdan keçib, onların 114 211 nəfəri onlayn qeydiyyatdan keçib, 8 490 nəfəri isə qeydiyyat mərkəzlərindən kod-parol alıblar.

 

Qeyd edək ki, “Elektron hökumət” portalı e-xidmətlərin çeşidinin və keyfiyyətinin yüksəldilməsi ilə yanaşı, rahat, istifadəçiyönümlü interfeys əldə etmək üçün hazırda bir sıra innovativ metodlar üzərində işləməkdə davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR