Bank Of Baku

“Heydər Əliyev və Azərbaycanda keyfiyyət infrastrukturunun formalaşması” mövzusunda konfrans keçirilib

“Heydər Əliyev və Azərbaycanda keyfiyyət infrastrukturunun formalaşması” mövzusunda konfrans keçirilib
# 06 may 2013 10:57 (UTC +04:00)

Bakı. Vahab Rzayev - APA-Economics. Bu gün Bakıda Azərbaycanın Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycanda keyfiyyət infrastrukturunun formalaşması” mövzusunda konfrans keçirilib.

 

APA-Economics”in xəbərİnə görə, konfransda çıxış edən Komitə yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin rəisi Əbülfət İmanov Komitənin yaranma tarixi, vəzifə və funksiyaları barədə məlumat verib.

 

Konfransda parlamentin Sosial siyasət komitəsinin üzvü Məlahət İbrahimqızı, İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov, bir sıra deputatlar, Sahibkarlar Konfederasiyasının sədri Məmməd Musayev, dövlət qurumlarının nümayəndələri və sahibkarlar iştirak ediblər. Çıxış edənlər ölkədə müasir iqtisadiyyatın qurulmasında, o cümlədən standartlaşdırma sahəsinin yaranması və inkişaf etdirilməsində Heydər Əliyevin rolundan danışıblar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR