Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanda 2013-cü ilin «İKT ili» elan edilməsi ilə bağlı Tədbirlər Planının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə aid bəndlərinin icrasını təmin etmək üçün daxil olan təkliflər əsasında nazirlik üzrə Tədbirlər Planı hazırlanıb.
Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun əmri ilə «İKT ili» ilə bağlı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi üzrə hazırlanan Tədbirlər Planı təsdiq edilib.
Əmrə əsasən, nazirliyin şöbələrinə, birlik və müəssisələrinə Tədbirlər Planında nəzərdə tutulmuş bəndlərin vaxtında icrasının təmin olunması tapşırılıb.