Bakı. Aynur Əliyeva - APA-Economics. Bu gün “Microsoft Azərbaycan” və “Yüksək Texnologiyalar Parkı” MMC arasında Anlaşma Memorandumu imzalanıb.
“APA-Economics”in xəbərinə görə, memorandum çərçivəsində tərəflər innovativ texnologiyaların araşdırması və inkişafına İKT-nin tətbiqi istiqamətində imkanların yaradılması sahəsində əməkdaşlıq edəcəklər.
Peşəkar tədris, sənaye əməkdaşlığı və innovasiyalar vasitəsilə texnoloji təkamülün sürətlənməsi, habelə yerli proqram təminatı iqtisadiyyatının stimullaşdırılması istiqamətində “Microsoft” və “Yüksək Texnologiyalar Parkı” arasında tərəfdaşlığı nəzərdə tutur.