Bank Of Baku

«Akkord» Korporasiyası və Avstriyanın «Unger» şirkəti arasında memorandum imzalanıb - FOTO

«Akkord» Korporasiyası və Avstriyanın «Unger» şirkəti arasında memorandum imzalanıb - <span style="color: red;">FOTO
# 16 may 2013 09:25 (UTC +04:00)

Bakı – APA-Economics. Azərbaycanın «Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası» ASC («Akkord» Korporasiyası) və Avstriyanın «Unger Stahlbau» GmBH («Unger» şirkəti) arasında Azərbaycanda metal-konstruksiyaların istehsalı üzrə müasir zavodun qurulması və metal-konstruksiyaların istifadəsi ilə müxtəlif tikinti layihələrində birgə iştirak barədə Anlaşma Memorandumu imzalanıb.

 

Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, memorandum Azərbaycan prezidentinin Avstriyaya səfəri zamanı Avstriyanın paytaxtı Vyana şəhərində keçirilən Avstriya-Azərbaycan Biznes Forumu çərçivəsində imzalanıb.

 

Memorandumu «Akkord» Korporasiyası adından Direktorlar Şurasının sədri Xaqani Quluzadə, «Unger» şirkəti adından isə icraçı direktor Cozef Unger imzalayıb.

 

Qeyd edək ki, 1952-ci ildən fəaliyyətə başlayan «Unger» şirkəti dünyanın metal-konstruksiyaların istehsalı və istifadəsi ilə tikinti layihələrini icra edən aparıcı şirkətlərindən biridir. Hazırda dünyanın 20 ölkəsində filial və nümayəndəlikləri fəaliyyət göstərir.

 

«Akkord» Korporasiyası Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, İslam İnkişaf  Bankı kimi dünyanın nəhəng maliyyə institutları tərəfindən maliyyələşən layihələrin həyata keçirilməsində böyük təcrübəyə malikdir. Son illərdə “Akkord” Korporasiyası “Bouygues” (Fransa), “Freyssinet” (Fransa), “Salini” (İtaliya), “Condotte” (İtaliya), “Herrenknecht” (Almaniya), “SINOMA” (Çin), Ungersteel (Almaniya) kimi dünyanın nəhəng tikinti və istehsal şirkətləri ilə əməkdaşlıq sahəsində böyük nailiyyətlər əldə edib. Korporasiya Gürcüstan, Ukrayna, Qazaxıstan, Özbəkistan və Türkiyədə də müxtəlif infrastruktur layihələri həyata keçirir. Həmçinin Almaniyanın Frankfurt şəhərində korporasiyanın nümayəndəliyi fəaliyyət göstərir.

 

Hazırda 5000-dən artıq işçisi olan "Akkord” Korporasiyasında Azərbaycanla yanaşı, İtaliya, Almaniya, Böyük Britaniya, Fransa, BƏƏ, Çin, Türkiyə və Gürcüstandan dəvət olunmuş təcrübəli mütəxəssis heyəti çalışır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR