Bank Of Baku

«Aztelekom» I rübdə bölgələrdə 224 km fiberoptik kabel çəkib

«Aztelekom» I rübdə bölgələrdə 224 km fiberoptik kabel çəkib
# 01 may 2013 14:54 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin «Aztelekom» İstehsalat Birliyi tərəfindən regionlarda kənd şəbəkəsinin birləşdirici xətlərinin optik kabellərlə təchiz edilməsi istiqamətində işlər davam etdirilir.

 

«APA-Economics»in Nazirliyə istinadən verdiyi məlumata görə, cari ilin I rübündə bu məqsədlə 224 km fiberoptik kabel çəkilib. Vətəndaşların telefon rabitəsinə və multimedia xidmətlərinə olan tələbatının ödənilməsi məqsədilə Yardımlı, Ağstafa, Kürdəmir, Goranboy, Yevlax, Ağdaş, Zaqatala rayonlarında və Mingəçevir şəhərində ümumi tutumları 11 yeni elektron ATS quraşdırılıb və əsas telefon aparatlarının sayının 2 917 ədəd artımı təmin edilib.


Bundan başqa, «Aztelekom»un xidmət ərazisində genişzolaqlı internet xidmətləri istifadəçilərinin sayı 2013-cü ilin əvvəli ilə müqayisədə 19% artaraq 136 mini keçib. Hazırda hər 100 ailədən 11,8-i, hər 100 abunəçidən 20,2-si genişzolaqlı xidmətlərin istifadəçisidir. Hər 100 abunəçiyə düşən genişzolaqlı xidmət istifadəçilərinin sayına görə Sumqayıt və Gəncədə ən yüksək göstərici qeydə alınıb.

 

Rayon telekommunikasiya qovşaqlarında xidmət göstərilən abunəçilərin sayı 673 mini ötüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR