«APA-Economics»in Nəqliyyat Nazirliyinə istinadən verdiyi məlumata görə, Azərbaycan hökuməti adından ölkənin nəqliyyat naziri Ziya Məmmədov və AİB tərəfindən bankın Azərbaycandakı nümayəndəliyinin rəhbəri Olli Noroyononun imzaladığı «İkinci Yol Şəbəkəsinin İnkişafı Proqramı, Layihə 1» kredit sazişi çərçivəsində təxminən 32,2 km uzunluqda yeni dördzolaqlı Masallı-Cəlilabad avtomobil yolu hissəsi üzrə tikinti-quraşdırma işlərinin və digər layihə komponentlərinin maliyyələşdirilməsi nəzərdə tutulub.
Masallı-Cəlilabad avtomobil yolu Şimal-Cənub Nəqliyyat Dəhlizinin Azərbaycan ərazisindən keçən bir sahəsini təşkil edən Ələt-Astara-İran sərhədi avtomobil yolunun bir hissəsidir. Sözügedən yolun maliyyələşdirilməsi üçün AİB Azərbaycana 250 mln. ABŞ dolları məbləğində kredit ayıracaq.