Bank Of Baku

AZAL-ın ciddi hesabat blanklarının tərtibi və tətbiqi qaydası dəyişib

AZAL-ın ciddi hesabat blanklarının tərtibi və tətbiqi qaydası dəyişib
# 28 avqust 2014 13:40 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Nazirlər Kabineti “Müəssisə və təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blanklarının tərtibi və tətbiqi Qaydaları”nda dəyişikliklər edib.

 

APA-nın məlumatına görə, indiyə qədər ciddi hesabat blankları  Mərkəzi Bank tərəfindən yaradılan Kütləvi Ödənişlər üzrə Mərkəzləşdirilmiş İnformasiya Sisteminin və Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tətbiq edilən “Poçt-maliyyə xidmətləri” Avtomatlaşdırılmış Korporativ İnformasiya Sisteminin çıxarışları istisna olmaqla, ciddi hesabat blanklarının hazırlanması fəaliyyətinə xüsusi razılıq (lisenziya) almış hüquqi və fiziki şəxslər tərəfindən sifarişçilərin vəsaiti hesabına çap edilib.

 

Dəyişikliyə əsasən “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Müxtəlif Yığımlar üzrə Mərkəzləşdirilmiş İnformasiya Sisteminin çıxarışları da qədər Mərkəzi Bank tərəfindən yaradılan Kütləvi Ödənişlər üzrə Mərkəzləşdirilmiş İnformasiya Sisteminin və Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Azərpoçt” MMC tərəfindən tətbiq edilən “Poçt-maliyyə xidmətləri” Avtomatlaşdırılmış Korporativ İnformasiya Sisteminin çıxarışları kimi istisnalar sırasında yer alıb. Bu o deməkdir ki, AZAL-ın Müxtəlif Yığımlar üzrə Mərkəzləşdirilmiş İnformasiya Sisteminin çıxarışları ciddi hesabat blankı kimi qəbul edilsə də, ciddi hesabat blankına dair bir sıra tələblər bu çıxarışlara aid edilməyəcək. Yəni bu çıxarışlarda ciddi hesabat blanklarının özündə əks etdirməli olduğu  seriya, nömrə, sifarişçinin adı və VÖEN-ə dair məlumatlar əksini tapmayacaq.

 

Cəmiyyətinin Müxtəlif Yığımlar üzrə Mərkəzləşdirilmiş İnformasiya Sisteminin çıxarışlarının uçotu qaydaları Maliyyə Nazirliyi ilə razılaşdırılmaqla, Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası tərəfindən müəyyən ediləcək.

 

Qərar imzalandığı gündən qüvvəyə minir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR