Bakı. Aynur Əliyeva - APA-Economics. “Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakı-Həştərxan-Bakı istiqamətindəki müntəzəm uçuşlarının sayını artırır.
AZAL-dan “APA-Economics”ə daxil olan məlumata görə, noyabrın 1-dən uçuşlar həftənin şənbə (bazar) günləri daxil olmaqla, iki dəfə yerinə yetiriləcək.
Belə ki, həftənin şənbə günü təyyarə Bakıdan saat 19:00-dan uçacaq və 19:20-də Həştərxanda enəcək. Həftənin bazar günü isə Həştərxandan uçuş saat 03:15-də (+1) yerinə yetiriləcək və təyyarə saat 05:35-də (+1) Bakıya enəcək.