Bank Of Baku

AZAL Rusiyanın daha bir şəhərinə birbaşa aviareys açır

AZAL Rusiyanın daha bir şəhərinə birbaşa aviareys açır
# 16 may 2013 11:53 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. «Azərbaycan Hava Yolları» QSC (AZAL) Bakı-Yekaterinburq-Bakı marşrutu ilə birbaşa uçuşlar yerinə yetirəcək.

 

«APA-Economics»in AZAL-a istinadən verdiyi məlumata görə, sözügedən aviareys üzrə uçuşlara iyunun 20-dən etibarən başlanacaq: «Bakıdan uçuşlar «Airbus A-319» və «Airbus A-320» təyyarələri ilə həftədə iki dəfə – IV və VII günlər müvafiq olaraq saat 15:25-də və 23:50-də yerinə yetiriləcək. Əks istiqamətdə isə uçuşlar yerli vaxtla saat 19:15-də və 01:00-da həyata keçiriləcək».

 

Qeyd edək ki, hazırda Yekaterinburq-Bakı-Yekaterinburq aviareysi üzrə uçuşları həftənin IV günləri Rusiyanın «Ural Airlines» şirkəti də yerinə yetirir.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR