Bank Of Baku

AZAL sabahdan etibarən Bakı-Antalya aviareysi üzrə uçuşlara başlayır

AZAL sabahdan etibarən Bakı-Antalya aviareysi üzrə uçuşlara başlayır
# 18 may 2013 08:40 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Mayın 19-dan etibarən «Azərbaycan Hava Yolları» QSC (AZAL) Bakı-Antalya aviareysi üzrə birbaşa uçuşları bərpa edəcək.


AZAL-dan «APA-Economics»ə verilən məlumata görə, uçuşlar ilkin olaraq həftədə bir dəfə - VII günləri saat 11:10-da, iyun ayından etibarən həftədə iki dəfə – II və VII günləri, daha sonra isə həftədə bir neçə dəfə yerinə yetiriləcəyi gözlənilir. Mövsümi xarakter daşıyan Bakı-Antalya aviareysi üzrə uçuşlar oktyabrın 16-dək yerinə yetiriləcək.

Aviaşirkətdən həmçinin bildirilib ki, Türkiyənin sözügedən kurortuna uçuşlar «Boeing-767» təyyarələri ilə həyata keçiriləcək. Hazırda Bakı-Antalya-Bakı aviareysi üzrə bir biletin minimal qiyməti 491 manat təşkil edir.

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR