Bank Of Baku

Azərbaycan “CeBit Bilişim Eurasia” sərgisində təmsil olunur

Azərbaycan “CeBit Bilişim Eurasia” sərgisində təmsil olunur
# 11 sentyabr 2014 12:49 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev – APA-Economics. Sentyabrın 11-14 tarixlərində Türkiyənin İstanbul şəhərində “CeBit Bilişim Eurasia” sərgisi keçiriləcək.

 

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, Azərbaycanı tədbirdə rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini İltimas Məmmədovun rəhbərlik etdiyi geniş tərkibli nümayəndə heyəti təmsil edəcək.

 

“CeBit Eurasia” Avrasiyada aparıcı platforma və seçilmiş bazarların ehtiyacını qarşılayır.  Avrasiya ölkələri arasında ən böyük və əhəmiyyətli tədbirlərdən biri olan “CEBIT Bilişim-2014” qlobal konfransı informasiya və kommunikasiya texnologiyaları istifadəçilərini və təchizatçılarını bir araya gətirir.

 

Sərginin keçirildiyi vaxt ərzində Almaniyada nüfuz qazanmış və dünyada rəqəmsal konfranslar sahəsində müvəffəqiyyətlər əldə etmiş “CeBit Global” konfransları da  keçiriləcəkdir .

 

Qeyd edək ki, tədbirdə 72 mindən çox peşəkar mütəxəssisin iştirakı gözlənilir. Qlobal konfrans çərçivəsində yüksəksəviyyəli görüşlərin, birgə “B2B” tədbirlərin, tematik sessiyaların, təqdimatların keçirilməsi nəzərdə tutulur.

 

Sərgi-konfransın əsas müzakirə mövzuları informasiya texnologiyaları, telekommunikasiya, rəqəmli media və istehlakçı elektronikası, dünya üzrə tendensiyalar və innovasiyalar, "ağıllı" şəhər, "ağıllı" dövlət, "ağıllı" bələdiyyə, elektron hökumət həlləri, İT sahəsində qadınlar, məhdudiyyətsiz   məlumat və sair olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR