Bank Of Baku

Azərbaycan beynəlxalq poçt göndərişləri üzrə tarifləri artırıb

Azərbaycan beynəlxalq poçt göndərişləri üzrə tarifləri artırıb
# 22 may 2013 06:59 (UTC +04:00)

«APA-Economics»in Nazirliyə istinadən verdiyi məlumata görə, dəyişikliklər beynəlxalq poçt göndərişlərinin gömrük nəzarətinə təqdim edilməsinə görə poçt şöbələrində alınan xidmət haqlarına aiddir.

 

Yeni tariflərə əsasən, beynəlxalq poçt göndərişləri üzrə müvafiq rüsumlar göndərilən beynəlxalq kiçik paketin hər biri üçün 0,80 manat (əvvəlki tarif 0,60 manat), göndərilən beynəlxalq bağlamanın hər biri üçün 1 manat (0,80 manat), daxil olan beynəlxalq kiçik paketin hər biri üçün 1,40 manat (0,80 manat) və daxil olan beynəlxalq bağlamanın hər biri üçün 2 manat (1,20 manat) məbləğində müəyyən edilib.

 

Tariflərin dəyişdirilməsinə son illər ərzində beynəlxalq poçt göndərişlərinin (xüsusilə daxil olan poçt göndərişlərinin) həcminin kəskin şəkildə artması bu sahəyə əlavə əməkdaşların işə qəbulu, göndərişlərin mövcud prosedura qaydalarına uyğun işlənməsi, daşınması və ünvanı üzrə çatdırılması və sair çəkilən xərclərin artması ilə əlaqədardır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR